Sizin Reklam Burada

Tahir Kərimli əlindən tutduğu qadından danışdı

Tahir Kərimli əlindən tutduğu qadından danışdı“Həmin yaşlı xanım Ağsu rayonunun Bico kəndində görüş zamanı mənə yaxınlaşıb dedi ki, evi qəzalı vəziyyətdədir. Ona dedim ki, iclas bitsin, evə baxış keçirək. Dedi, inanmıram. Görüş bitdikdən sonra öz avtomobilimlə həmin xanımın evinə getdik, baxış keçirdik. Yaşlı xanımı görüşə məcburi gətirməmişəm, probleminə görə gəlmişdi. Orada şəkli kim çəkib, niyə çəkib, bilmirəm...”

Bunu Pravda.az-a açıqlamasında 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Tahir Kərimli deyib.

T.Kərimli ucuz piarla məşğul olmadığını qeyd edib: “Düzdür, deputatlığa bəzi namizədlər süni görüntü yaratmaqla məşğuldur, amma biz heç vaxt o işlə məşğul olmamışıq. Hərə bir söz deyir, doğrusu, fikir vermirəm. Ağsu rayonunun Rəhimli kəndində də bəzi iradlar səsləndirildi. Faktiki olaraq, o kənddə keçirilən bütün tədbirlərdə iştirak etmişəm. Sakinlərin bəzi hallarda görüşlərimizdən xəbərləri olmayıb. Prezident İlham Əliyev də tövsiyə edib ki, deputatlar seçicilərlə görüşlər keçirməlidir. Seçicilərlə görüş üçün qarşılıqlı maraq lazımdır... Təəssüflər olsun ki, bəzilərinin vəziyyətdən xəbəri olmadan məlumatları paylaşır, əleyhimizə kampaniya aparırlar. Bacardığımız qədər sakinlərlə görüşlər keçiririk”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər