25 yan 12:52Sosial

Namizəd seçiciləri ilə avtobusda görüşdü - Fotolar

Namizəd seçiciləri ilə avtobusda görüşdü - Fotolar9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərlə bağlı təbliğat-təşviqat dövrü davam edir. Namizədlər vətəndaşlarla daha çox görüşlər keçirərək onların istək və problemləri ilə yaxından tanış olur, öz platforma, məqsəd və məramlarını bəyan edirlər. Kimisi interneti daha uğurlu üsul hesab edir, kimisi inzibati resurslardan istifadə edir, bir başqaları da əyani olaraq – birbaşa öz seçicilərinə zaman ayırır.
Namizəd seçiciləri ilə avtobusda görüşdü - Fotolar
Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədi Müşfiq Məmmədli bu dövr ərzində maraqlı addımı ilə yadda qalıb.

YAP-ın bu dairədən vahid namizədi, Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Sumqayıt-Giləzi marşrut xətti ilə hərəkət edən avtobusa minib. Bu, ictimai nəqliyyatın sərnişinləri tərəfindən maraq və heyrətlə qarşılanıb.
Namizəd seçiciləri ilə avtobusda görüşdü - Fotolar
M. Məmmədli tərəfindən Sumqayıt və Giləzi sakinlərinə Azərbaycan Respublikasının və YAP-ın bayraqları hədiyyə olunub, habelə namizədin platformasını əks etdirən bukletlər paylanılıb. Namizəd yol boyunca sərnişinlərlə söhbət edib, fikir mübadiləsi aparıb, vətəndaşların arzu və təkliflərini dinləyib, gündəlik qayğıları ilə maraqlanıb, eyni zamanda bir sıra müraciəti barədə qeydlər aparıb.
Namizəd seçiciləri ilə avtobusda görüşdü - Fotolar
Bundan sonra M. Məmmədli Xızıda dahi Azərbaycan şairi Mikayıl Müşfiqin ev muzeyini ziyarət edib. 44 saylı Sumqayıt-Xızı dairəsindən YAP-ın namizədinin Xızı dağlarında çobanla səmimi söhbəti də maraq doğurub.
Namizəd seçiciləri ilə avtobusda görüşdü - Fotolar
XƏBƏR LENTİ
SORĞU