Sizin Reklam Burada

Qalmaqallı dairənin sədri istefa verdi – Müəmma

Qalmaqallı dairənin sədri istefa verdi – Müəmma
35 saylı Xətai üçüncü seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.

Axar.az xəbər verir ki, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub. İ.Hüseynəliyev səhhəti ilə bağlı hospitala yerləşdirilib.

İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım”.

Qeyd edək ki, sözügedən seçki dairəsi parlament seçkilərində ən qızğın mübarizənin gedəcəyi dairələrin birincisi sayılır. Belə ki, burada Ümid Partiyasının sədri İqbal Ağazadə və "Yeni” Müsavat” media Qrupunun təsisçisi Rauf Arifoğlu arasında ciddi mübarizə getdiyi indidən bəllidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər