Sizin Reklam Burada

Deputatlığa namizəd Rauf Əliyev gənclərlə görüşüb

Deputatlığa namizəd Rauf Əliyev gənclərlə görüşübVI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Əliyev Rauf Asif oğlunun Pirallahı qəsəbəsində gənclərlə görüşü keçirildi.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, İdarə Heyətinin üzvləri Əli Kərimov və Elxan Məmmədov, partiya fəalı İsgəndər Vəliyev ölkəmizin və regionun ən güclü siyasi partiyası olan YAP - ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin - amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini vurğuladılar.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Rüfət Əhmədov çıxış edərək, respublikamızda dövlət gənclər siyasətinin və ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd etdi.
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyini geri götürmüş Pirallahı rayon rus icmasının sədri Yelena Aşurova çıxış edərək seçiciləri Rauf Asif oğlu Əliyevə səs verməyə dəvət etdi.
Deputatlığa namizəd Rauf Əliyev gənclərlə görüşüb
Həmçinin, tədbir iştirakçıları sadəliyi və səmimiliyi ilə Pirallahı sakinlərinin rəğbətini qazanan Rauf Əliyevin ölkənin ictimai - siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayaraq, dəfələrlə III, IV, V çağırış Milli Məclisin iclaslarında Pirallahı sakinlərinin problemlərinin həlli istiqamətində əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını diqqətə çatdırıb, birmənalı olaraq "Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədə - Rauf Asif oğlu Əliyevə səs verəcəklərini bəyan etdilər.

Rauf Əliyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, Pirallahı rayonunda aparılan abadlıq - quruculuq işlərində gənclərin xüsusi rolu olduğunu vurğuladı.

Tədbir iştirakçılarından Tahirə Babayeva və Zöhrab Hüseynov mövcud problemlərin həlli ilə bağlı Rauf Əliyevdən köməklik göstərilməsini xahiş etdilər.

Deputatlığa namizəd Rauf Əliyev dövlətimizin qarşıya qoyduğu vəzifələri xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirdi.
Deputatlığa namizəd Rauf Əliyev gənclərlə görüşüb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər