Polisdən Zirəddinə cavab: Yəqin yuxuda görüb
Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan" Yutub kanalına müsahibəsində Tovuz polisinin yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiyini iddia edib.
Avrasiya.net Sonxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov iddiaları təkzib edib:
"Polislər baş verən hər hansı bir cinayətin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində də bu cinayətin üstü açıldı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda istintaq davam edir. Zirəddin yəqin bu dediklərini yuxuda görüb".
Qeyd edək ki, daha öncə ekstrasens Zirəddin Rzayev Nərmin olayı ilə bağlı polislərin ondan məlumat aldığını bildirib.