Bezmisən??? Onda FUADA səs ver!
Dərc olunub:
19-01-2020, 11:41
26 saylı Sabunçu birinci seçki dairəsindən Milli Məclisə növbədənkənar parlament seçkilərində deputatlığa namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Seçki Qərargahının iclası keçirilib.
İclasda Fuad Əliyevin seçkilərdə əsas şuarı təsdiq olunub. Təşviqat kampaniyası “Bezmisən??? Onda FUADA səs ver” şuarı ilə keçiriləcək.
Təşviqat kampaniyasına yanvarın 21-dən start veriləcək. Kampaniyanı aparmaq üçün 25 min məlumat vərəqəsi, 5 min cib təqvimi, plakat və digər seçki materialları hazırlanıb. Hazırlanan materiallar namizədin seçicilərlə görüşündə onlara paylanılacaq.