19 yan 11:36Sosial

Xəyalə Əhmədova təbliğat-təşviqat prosesinə start verdi - FOTO

Xəyalə Əhmədova təbliğat-təşviqat prosesinə start verdi - FOTO93 saylı Bərdə seçi dairəsindən namizədliyini irəli sürən Xəyalə Əhmədova, fevralın 9-da keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı təbliğat-təşviqat prosesinə start verib.

Xəyalə Əhmədova komandası ilə bərabər ilk olaraq Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Daha sonra təbliğatının ilk günündə namizəd öz komandası ilə birgə Mehdixanlı, Tağılar, Nağılar, Umudalılar kəndlərinin seçiciləri ilə görüş keçirib. Xəyalə Əhmədova seçicilərin problemlərini dinləyərək onlara lazımı məsələlərdə diqqət və qayğının göstərilməsinə çalışacağını söz verib.

Mərkəzi meydanda toplaşan sakinlər öz namizədlərini bayraqlarla qarşılayaraq ona böyük etimad göstəriblər. Təbliğat kampaniyası uğurla həyata keçirilib.

Tədbiri əks etdirən video və fotoşəkilləri izə təqdim edirik:

Xəyalə Əhmədova təbliğat-təşviqat prosesinə start verdi - FOTO
XƏBƏR LENTİ
SORĞU