10 yan 15:43Sosial

Nərminin qatili olduğu deyilən şəxs danışdı

Nərminin qatili olduğu deyilən şəxs danışdı
Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilinin onun qohumu - 36 yaşlı İlkin adlı şəxs olması barədə mediada yayılan məlumatın əsası yoxdur.

Bu barədə Quliyevlər ailəsindən Axar.az-a verilən məlumatda bildirilir. Ailədən bildirilib ki, onun qohumu olan İlkin adlı şəxs Nərminin anasının bibisi oğludur.

İlkin özü saytımıza açıqlamasında deyib ki, Nərminin bu adda yeganə qohumu odur:

“Mənim isə 36 yox, 40 yaşım var. Nərmin mənim dayımın nəvəsidir. Mən də ailəli şəxsəm. Həbs edilməyim barədə yayılan məlumatlar əsassızdır”.

Nərminin əmisi Lətif Quliyev isə saytımıza bildirib ki, uşağın qatili olduğu deyilən İlkin qohumu yox, qonşusudur:

“Nərminin yanmış meyitini görən ilk şəxs qonşusu İlkindir. Hazırda o, istintaqa ifadə verir. Ancaq qatilin məhz o olması haqda bizdə heç bir məlumat yoxdur”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Teleqraf.com-a açıqlamasında Nərmin Quliyevanın qatilinin saxlanılması haqda yayılan məlumatların doğru olmadığını deyib.

Qeyd edək ki, mətbuatda Nərmin Quliyevanın qatilinin onun qohumu - 36 yaşlı İlkin adlı şəxs olması və saxlanılması barədə məlumat yayılıb.
XƏBƏR LENTİ
SORĞU