DTX-yə müraciət edilib - Məmmədov

 DTX-yə müraciət edilib - Məmmədov “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov qəzetə məxsus saytda (Hurriyyet.org) Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından gedən yazını təxribat adlandırıb.

Avrasiya.net xəbər verir ki, V.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, sayt haker hücumuna məruz qalıb.

O bildirib ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib: “Hazırda araşdırma aparılır. Sərdar Cəlaloğlunun adından saytda gedən yazı həqiqəti əks etdirmir, ADP sədri belə açıqlama verməyib. O yazı sayta bizim nəzarətimizdən kənar yerləşdirilib”.