Sizin Reklam Burada

Gəncədə "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihə keçiriləcək

Gəncədə "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihə keçiriləcəkGəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihə həyata keçiriləcək.

Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsinin rəhbəri, Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin tibbi biliklərinin artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin tibbi sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, problemin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaqdan ibarətdir. Layihə tibb sahəsində dövlət sektorunun iştirakının tibb sənayəsinin inkişafı ilə bilavasitə şərtlənməsini ehtiva edəcək. Layihə çərçivəsində təlimlərin keçirilməsi, həmçinin, layihə iştirakçılarına praktiki təcrübə keçmək üçün şəraitin yaradılması layihənin əsas məqsədlərindəndir. Ölkəmizdə tibb sahəsinin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Cari layihə çərçivəsində tibbi sahəyə göstərilən dövlət qayğısı, səhiyyə sisteminin inkişafının səmərəliliyinin artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcəkdir. Beş gün müddətində müxtəlif mövzularda təlimlər keçiriləcək, həmçinin, layihə iştirakçılarından ibarət gənc tibb işçiləri klubu yaradılacaq və onlar, Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər. Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olunacaqdır.

Qeyd edək ki, layihə 25.12.2019 - 25.04.2020 tarixlərində Gəncə şəhərində həyata keçiriləcəkdir. Layihənin təqdim olunması məqsədilə Gəncə şəhərində təqdimatlar həyata keçiriləcək, təqdimatlardan sonra iştirak etmək istəyən gənclər qeydiyyatdan keçəcək, daha sonra isə müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən uğurla keçən 50 nəfər gənc layihədə iştirak etmək hüququ qazanacaqdır. Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcəkdir.

Layihəyə 18-29 yaş arasında olan, tibb sahəsini sevən və bu sahəyə maraqlı gənclər qoşula bilər.
Qeydiyyat linkini sizlər üçün təqdim edirik!
https://forms.gle/AsErjwsvpKTKn5J48

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər