31 dek 12:58Sosial

Naqif Həmzəyev Gəncədə imza toplamağa başladı

Naqif Həmzəyev Gəncədə imza toplamağa başladı
Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyasına start verilib.

Avrasiya.net xəbər verir ki, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Həmzəyev Naqif Ələşrəf oğlu seçicilərinin mənzillərində olub, onlardan imza toplayıb. Naqif Həmzəyevin millət vəkili seçilməsinə imzalarını atan seçicilər namizədə xeyir-dualarını verib, qələbə qazanmasını arzu ediblər.

Seçicilər həmçinin ölkədə həyata keçirilən islahatlar prosesini, görülən işləri, atılan addımları bir vətəndaş olaraq, dəstəklədiklərini ifadə edib, dövlət Başçısı İlham Əliyev tərəfindən gerçəkləşdirilən islahatlarının, dəyişikliklərin və yeniliklərin insanlarda gələcəyə doğru böyük inam və ümid yaratdığını dilə gətirib, ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Naqif Həmzəyev növbədənkənar parlament seçkilərində 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülüb.
XƏBƏR LENTİ
SORĞU