29 dek 09:05Sosial

“Oruc tutmaq ömrü uzadır” - Amerikalı alimlərdən açıqlama

“Oruc tutmaq ömrü uzadır” - Amerikalı alimlərdən açıqlama
Günün 16-18 saatını yeməkdən uzaq durmaq və ya həftədə müəyyən fasilələrlə oruc tutmaq ömrü uzadır, həmçinin bir çox xəstəliyin qarşısını alır.

"Yeni Sabah" xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, bu barədə elm adamlarının “New England” tibb jurnalında dərc edilən məqalələrində bildirilib.

Bildirilib ki, günün 6-8 saatını qidalanıb yerdə qalan 16-18 saatını yeməkdən imtina bir çox xəstəliyin qarşısını almaqla yanaşı, qan təzyiqini aşağı salır və ömrü uzadır.

Orucun piylənmə, şəkər və ürək çatışmazlığının müalicəsində bir üsul kimi təqdim edilə biləcəyi vurğulanan məqalədə, bunun üçün “gündəlik məhdud istehlak” və “həftədə iki gün oruc tutmaq” kimi iki üsul təqdim edilib.

İnsan və heyvanlar üzərində aparılan təcrübəyə istinad edilən araşdırmada, həmçinin göstərilir ki, vaxtaşırı oruc tutmaqla maddələr mübadiləsini də bərpa etmək mümkündür. Həmçinin bu üsul hüceyrə sağlamlığına müsbət təsir göstərib.
XƏBƏR LENTİ
SORĞU