22 dek 21:45Sosial

Rauf Arifoğlu da deputat olmağa qərar verdi

Rauf Arifoğlu da deputat olmağa qərar verdi Rauf Arifoğlu da deputat olmağa qərar verdi - O, iki tanınmışla yarışacaq

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkisində iştirak edəcək.

Avrasiya.net xəbər veriri ki, bu barədə Rauf Arifoğlu özü bildirib:

“Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi.

- Niyə Xətai, niyə 35?

- Bu dairə kimindir? Passiv seçki hüququ olan hər bir Azərbaycan vətəndaşının, indiki deputat Araz Əlizadənin, dostum İqbal Ağazadənin, yoxsa mənim?

- Kimin şansı nə qədərdir?

- Arifoğlu gəldi, Əlizadə gedəcəkmi, parlament əlizadəçilik utancından qurtulacaqmı?

- Seçkilərin gedişində kiminsə xeyrinə namizədliyimdən imtina edə bilərəmmi?

Bu və başqa suallara növbəti statusumda cavab yazacam. Detallı və səmimi!”, -deyə Rauf Arifoğlu sosial şəbəkədə yazıb.
XƏBƏR LENTİ
SORĞU