21 dek 20:37Sosial

Daha bir jurnalist deputatlığa namizəd olacaq

Daha bir jurnalist deputatlığa namizəd olacaq
"Böyüklərimizdən hər zaman el-obaya, Vətənə faydalı insan olmaq dərsini aldıq, nəslimizə, soy-kökümüzə layiq olmağa çalışdıq həyatımız boyu. Bundan sonra da bu yola davam edəcəyik, Uca Yaradanın izni ilə. Bizi dünyaya gətirən Anamızın həyatdan getməsi səbəbimdən, ürəyimizdən qanlı yaş axdığı bu günlərdə el-obanın, dəyərli insanlarımızın həssas münasibəti, şəxsimizə dəyər verməsi qəlbimizə təskinlikdir, Allah hamınızdan razı olsun! Etimadınızı yüksək qiymətləndirməklə yanaşı, bəyan edirəm ki, inşallah bir neçə gündən sonra parlament seçkiləri ilə bağlı son qərarımı elan edəcəyəm".

Avrasiya.net xəbər verir ki, bunu jurnalist Elşad Paşasoy öz feysbuk hesabında yazıb.

"72 saylı Yardımlı-Masallı seçki dairəsinin seçicilərinin 2010-cu ildə mənə göstərdiyi böyük etimadı unutmamışam və hazırda çoxsaylı müraciətləri nəzərə almağı özümə borc bilirəm",- deyə Elşad Paşasoy qeyd edib.
XƏBƏR LENTİ
SORĞU