19 dek 15:47Sosial

Prezident iki generala yeni vəzifə verdi - Sərəncam

Prezident iki generala yeni vəzifə verdi - SərəncamAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə general-mayor Namiq Poladov və general-mayor Mübariz Rzayev müvafiq olaraq Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisləri vəzifələrinə təyin olunublar.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Dekabrın 19-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov vəzifələrə təyin olunan hərbi qulluqçuları şəxsi heyətə təqdim edib. Ali Baş Komandanın Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətə çatdıran Silahlı Qüvvələri Baş Qərargah rəisi xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.