18 dek 13:24Sosial

YAP Qadınlar Şurasının üzvləri Bələdiyyə üzvlüyünə namizədlərlə görüşüblər

YAP Qadınlar Şurasının üzvləri Bələdiyyə üzvlüyünə namizədlərlə görüşüblər      23 dekabr 2019-cu il tarixində Azərbaycanda keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurası üzvlərinin Bələdiyyə üzvlüyünə namizədlərlə görüşü baş tutdu.

18 dekabr 2019-cu il tarixində Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Müstəqillik əldə etdiyimiz dövrdən bu günədək əldə etdiyimiz uğurlarda Azərbaycan qadınının rolunu xüsusi qeyd etdi. Şərqdə ilk dəfə parlament respublikası olan Azərbaycanda qadının seçmək və seçilmək hüququ Azərbaycan qadınına öz siyasi iradəsini nümayiş etdirmək imkanları yaratdı- deyə bildirdi.
YAP Qadınlar Şurasının üzvləri Bələdiyyə üzvlüyünə namizədlərlə görüşüblər
Millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, millət vəkili, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva çıxışlarında cəmiyyətin, millətin, dövlətin mövcudluğu və inkişafında qadının xüsusi rolu olmasını qeyd etdilər.
YAP Qadınlar Şurasının üzvləri Bələdiyyə üzvlüyünə namizədlərlə görüşüblər
Sonra 23 dekabr 2019-cu il tarixində ölkəmizdə keçirilən Bələdiyyə seçkilərində partiya tərəfindən namizədliyi irəli sürülmüş Məmləkət Qaraçobanova və Türkan Məmmədova Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini qeyd edərək, seçiciləri partiya tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə səsverməyə dəvət etdi.
XƏBƏR LENTİ
SORĞU