18 dek 13:11Sosial

"Olaylar"ın əməkdaşı namizədliyini irəli sürdü

"Olaylar"ın əməkdaşı namizədliyini irəli sürdü
Tanınmış jurnalist, "Olaylar" qəzetinin müxbiri Süleyman İsmayılbəyli parlament seçkilərinə qatılmaq üçün namizədliyini irəli sürüb.

Bu barədə o özünün "Facebook" səhifəsində yazıb.

"Cənab Prezidentin gənc kadrları önə çəkməsi, onlara yüksək etimad göstərməsindən ruhlanaraq mən də doğulub boya-başa çatdığım Yevlax rayonundan deputatlığa namizədliyimi irəli sürdüm. Bu gün imza vərəqələrini də götürdük.

Hakim Yeni Azərbaycan Partiyasının "Xalq üçün" seçki şüarını mən də bir qədər inkişaf etdirib "Yevlax üçün, yevlaxlılar üçün" deyirəm", - deyə jurnalist yazıb.
XƏBƏR LENTİ
SORĞU