14 dek 17:17Sosial

Dünyanın məşhur ürək-damar cərrahları Bakıya gəliblər

Dünyanın məşhur ürək-damar cərrahları Bakıya gəliblərBakida ürək-damar xəstəliklərinin müalicəsinə həsr olunan konfransda Türkiyə, Almaniya, İran və İtaliyanin nüfuzlu tibbi ekspertləri bir araya gəldilər

Konfransın sədri Rəşad Mahmudov: “Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş konfransda əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır”.

Dekabrın 14-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda giriş nitqi söyləyən Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində quruculuq dövrünü yaşayan müstəqil Azərbaycanın bütün sahələrində olduğu kimi, elm, təhsil və səhiyyə sektorunda da mühüm inkişaf, yüksək nailiyyətlər əldə edilib. Səhiyyənin vacib istiqamətlərindən olan kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrində də məhz ümummili liderin diqqət və qayğısı sayəsində məqsədyönlü şəkildə uğurlara nail olunub.
Dünyanın məşhur ürək-damar cərrahları Bakıya gəliblər
Prezident İlham Əliyevin və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın səhiyyə sisteminin inkişafına göstərdikləri davamlı dəstək nəticəsində anadangəlmə ürək qüsurlarının müalicəsinin təşkilində rolu olan prenatal diaqnostika, neonatologiya, pediatriya və uşaq kardiologiyasının da dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində əhəmiyyətli uğurlara imza atıldığını vurğulayan C. Məmmədov konfrans zamanı aparılacaq müzakirələrin Azərbaycan tibbi üçün çox gərəkli olacağını vurğulayıb. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunda da beynəlxalq mütəxəsisslərlə təcrübə mübadiləsi aparmaq, tibb elminin ən son yeniliklərini müzakirə etmək baxımından bu tədbir Azərbaycanda anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsinin davamlı inkişafına töhfə kimi dəyərləndirilib.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitunun direktoru Nəsib Quliyev, Türkiyə Ürək və Sağlamlıq Fondunun prezidenti, professor Öztekin Oto da konfransın işinə uğurlar arzulayıblar.

Konfransın sədri, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov qeyd edib ki, bu cür elmi-praktik konfransların keçirilməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır. Tədbirdə anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunur.

Dörd paneldən ibarət olan konfransda yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertləri də “Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, “Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, “Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və “Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxış ediblər. Beynəlxalq tədbirdə interaktiv diskussiyalar da aparılıb.
XƏBƏR LENTİ
SORĞU