12 dek 22:41Sosial

Bu qadın Niyaməddin Orduxanlının qohumuymuş - FOTO

Bu qadın Niyaməddin Orduxanlının qohumuymuş - FOTO1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhdi xatırlayırsınız?! Ümummili lider Heydər Əliyev canlı efirdən Azərbaycan xalqına müraciət etdib, hər kəsi Prezident Aparatının qarşısına çağırdı. Bir necə saat ərzində on minlərlə, yüz minlərlə, milyonlarla insan Heydər Əliyevin çağrışına dəstək verdi.

Prezident Aparatının qarşısına toplaşdı. Çünki Azərbaycan dövlətinin müstəqilliyinə böyük bir təhlükə yaranmışdı. Onun çağrışına ilk dəstək verən rayonlardan biri də Abşeron rayonu idi. Abşeron rayonun Mehdiabad qəsəbəsinin özüm daxil minlərlə sakini Prezident Aparatının qarşısına toplaşdı. Şəkildə gördüyünüz şəhid anası Ülkər Orduxanlıya Ulu Öndər Heydər Əliyev söz verdi. 19 yaşında oğlunu şəhid vermiş Ülkər Orduxanlı yüz minlərlə insana üzünü tutaraq Azərbaycan xalqına müraciət edərək bildirdi ki, "mən Heydər Əliyevin çağrışına Abşeron rayonun Mehdiabad qəsəbəsindən ayaqyalın bir şəhid anası kimi gəlmişəm. Bura özümlə digər oğlanlarımı, qohumlarımı gətirmişəm ki, onlar da şəhid olsun və biz Azərbaycanın müstəqliyini qoruyaq! Bütün şəhid analarına və analara müraciət edirəm ki, Heydər Əliyevə dəstək verək."

Həmin müraciəti edən şəhid anası Ülkər Orduxanlı mənim doğma əmimin həyat yoldaşıdır. Onun 19 yaşlı oğlu Natiq Orduxanlı 1992-93-cü illərdə Qarabağ döyüşlərində Ağdərə rayonunda erməni vəhşilərindən təmizlənməsində xüsusi qərəmanlıq nümayiş etdirərək ŞƏHİD olub. Şəhidlər Xiyabanıda dəfn olunub.

Biz bu gün də Azərbaycanın müstəqliyi uğrunda canımızdan keçməyə hazırıq! Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatının 16-ci ildönümüdür. Tanrı ruhunu şad eləsin! Məhz onun sayəsində Azərbaycan 28 ildir ki, tarixdə ilk dəfə olaraq öz müstəqilliyini qoruyub, yaşada bilib! Azərbaycanın müstəqilliyi əbədidir!

Niyaməddin Orduxanlı
BAXCP sədrinin müavini
XƏBƏR LENTİ
SORĞU