10 dek 12:08Sosial

Əbu Bəkr məscidi yenidən açılır

Əbu Bəkr məscidi yenidən açılır
Bakıda Əbu Bəkr məscidinin açılması nəzərdə tutulur.

Avrasiya.net-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov vurğulayıb ki, məscidin minarəsinin fundamentində problem aşkar edilib: “Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir”.

S.Heydərov vurğulayıb ki, bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq.
XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU