09 dek 14:06Sosial

ATV-dən efir üçün pul istənildiyi iddiasına – Cavab

ATV-dən efir üçün pul istənildiyi iddiasına – Cavab
Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı Zaur Baxşəliyevin verilişinə müraciət daxil olmayıb.

Bu barədə ATV-dən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib. Televiziyadan işgəncələrə məruz qalan azyaşlıların babası Qulu bəyin açıqlamasının həqiqətə uyğun olmadığı deyilib:

“Zaur Baxşəliyevin verilişinə müraciət iki formada - Zaurun verilişində qeyd edilən telefon nömrəsinin Votsapına mesaj göndərməklə və şirkətə rəsmi məktub yazmaqla daxil olur. Z.Baxşəliyev sözügedən problemlə bağlı ona hər hansı bir müraciət edilmədiyini bildirib. Əgər həmin şəxs şikayətlə əlaqədar kiminlə danışıbsa, xahiş edirik ki, ad çəksin”, - açıqlamada qeyd edilib.

Məsələ ilə bağlı Xəzər TV ilə əlaqə saxlamaq mümkün olmayıb, X.Hidayətqızı isə telefonu açsa da, danışmaq istəməyib.

Qeyd edək ki, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumat və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Uşaqların ana babası Qulu bəy bununla bağlı Zaur Baxşəliyevin və Xoşqədəm Hidayətqızının verilişinə müraciət etdiyini deyib:

“Zaur Baxşəliyevin, Xoşqədəm Hidayətqızının verilişinə getdik. Ongünlərlə qapıda qaldıq. Hər ikisində bizdən pul istədilər. Sonuncu dəfə Xoşqədəmin verilişinə çıxmaq üçün qızımdan 600 manat istədilər. Pulumuz olmadığı üçün verə bilmədik. Mən dövlətimizin qanunlarına və onun rəhbərinə güvənirəm. Bu körpələri işgəncədən xilas etsinlər. Onların bizdən başqa heç kimi yoxdur”.
XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU