05 dek 18:14Sosial

Yevda Abramov xaricdə müalicədən imtina etdi

Yevda Abramov xaricdə müalicədən imtina etdi
Atam özü İsrailə və ya başqa ölkə xəstəxanasına getməkdən imtina edir. Özü burada qalmaq istəyir deyə, müalicəsi də burada gedir. Vəziyyətində hazırda heç bir dəyişiklik yoxdur. Komada deyil, ancaq çox zəifdir.

Bu sözləri Axar.az-a 2017-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkən və son günlər vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilən deputat Yevda Abramovun qızı Bəsdi Yusifova atasının durumu ilə bağlı danışakən deyib.

B.Yusifova bildirib ki, atası hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir:

“Koma vəziyyətində deyil, ancaq süni tənəffüs aparata qoşuludur. Bizi görür, yanına gedirik, danışa da bilir. Sadəcə çox zəif olduğuna görə onu incitmək istəmirik. Həkim də bildirib ki, çox yormayaq”.

Xatırladaq ki, millət vəkili Y.Abramov 12 iyun 1948-ci ildə Qubanın məşhur Qırmızı qəsəbəsində doğulub. Tarixçidir, bir müddət pedoqoji fəaliyyətlə məşğul olub.

Azərbaycan (həmçinin türk), rus və fars dillərini mükəmməl bilir. 4 övlad atasıdır.

2017-ci ilin dekabrında onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra müalicəsini İsraildə davam etdirib. Heydər Əliyev Fondu deputat Yevda Abramovun müalicə xərclərini öz üzərinə götürüb.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim qoruyan Y.Abramov ictimai nüfuza sahibdir.
XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU