05 dek 12:35Sosial

Mirsamir Məmmədov: "Cənab Prezidentin başladığı islahatlar xalqımızın əmin-amanlığına hesablanıb"

Mirsamir Məmmədov: "Cənab Prezidentin başladığı islahatlar xalqımızın əmin-amanlığına hesablanıb" Ölkəmiz cənab Prezidentin başlatdığı uğurlu islahatlarla böyük uğurlar əldə edəcək...

Bunu mətbuata açıqlamasında‚ öllkəmizdə gedən uğurlu islahatlardan danışarkən‚ politoloq Mirsamir Məmmədov bildirib.

Politoloq qeyd edib ki‚ bu gün ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə güclü islahatlar aparılır. İslahatlar prosesi o qədər sürətli xarakter alıb ki‚ qısa müddətdə bütün sahələri əhatə edib. Artıq hər sahədə cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsi görünür. Bütün struktur və orqanlarda şəffaflıq təmin edilir. Hazırda Dövlətimizin başçısının apardığı siyasət və hazırkı İslahatlar konsepsiyası hər sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək‚ ölkə əhalisinin maddi durumunun yüksəldilməsinə nail olmaq‚ bütün sahələrdə yeni iş yerlərinin yaradılması‚ iqtisadiyyatın yüksəldilməsi‚ sahibkarlıq və azad biznesin inkişaf etdirilməsi və kənd təsərrüfatının genişləndirilməsindən ibarətdir. Həmçinin bütün hüquqi sahələrdə də bu kimi dərin islahatlar aparılmaqdadır. Dövlət başçısının rasional və prqamatik siyasəti ölkəmizdə bütün sahələrə sirayət edərək ölkəmizin parlaq gələcəyini və işıqlı sabahını qarantiləyir.

Ölkəmizdə geniş platformada həyat keçirilən əməli işlər ölkəmizin Dövlətimizin gücünü bir min artırnışdır. Hər sahədə cənab Prezidentin qayğısı mövcuddur. Hazırda cənab İlham Əliyevin apardığı əməli işlər və uğurlu müdrik siyasəti sayəsində dünyanın ən nüfuzlu dövlət başçıları sırasında ən ön cərgədədir. Son aylarda ölkəmizdə gedən sürətli inkişaf və sürətli islahatlar prosesi dünyanın heç bir ölkəsində bu qədər təsadüf edilməmişdir. Qətiyyətlə demək olar ki‚ cənab Prezidentin hər bir addımı‚ hər bir fərman və sərəncamı ölkəmizdəki uğurlu islahatları əhatə edir. Bu da öz növbəsində xalqımızın rifahı və əmin amanılığı naminə verilən müdrik qərarlar və atılan parlaq addımlardır. İslahatların ən önəmli qismi isə gənc nəslin ciddi işlərə cəlb olunmasıdır ki‚ artıq bütün sahələrdə gənclərə qayğı və etimad görünür. Bu məsələ hazırda dövlətimizin qarşısında dayanan ən mühüm strateji və prioritet məsələdir və birbaşa dövlətimizin başçısının şəxsi nəzarətindədir. Göründüyü kimi Dövlət başçısının başlatdığı islahatlar prosesi bütün sahələri əhatə edərək çoxşaxəli perinsip və konsepsiyalar əsasında sistematik şəkildə aparılır.

Atılan bütün addımlar ölkəmizin inkişafına və Dövlətimizin güclənməsinə‚ xalqımızın maddi rifah halının yüksəldilməsinə hesablanıb. Cənab Prezident çox müdrik və praqmatik qərarlar qəbul edir və Dövlətçiliyimizin qorunması istiqamətində çox uğurlu addımlar atır. Ən əsas məsələ odur ki‚ Dövlətçiliyimiz və xalqımızın milli maraqları yüksək səviyyədə qorunur. Aparılan islahatlar ölkəmizə və xalqımıza böyük uğur gətirəcək.
XƏBƏR LENTİ
SORĞU