02 dek 10:58Sosial

İTV-də məlumatlandırma sessiyası keçirilib

İTV-də məlumatlandırma sessiyası keçirilibAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə keçirdiyi qrant müsabiqəsi ilə bağlı Agentlikdə QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub.

İctimai Televiziyanın aparat rəhbəri Faiq Qürbətov İTV ilə Şuranın birgə qrant müsabiqəsi barədə məlumat verərək QHT-lərdən 12 mövzu üzrə layihələr qəbul ediləcəyini bildirib. Faiq Qürbətov birgə qrant müsabiqəsinin QHT-lərin peşəkarlığının artırılmasına və daha keyfiyyətli video materialların hazırlanmasına xidmət etdiyini deyib.

Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Şuranın 2020-ci ildə 26 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqəsi elan etməsinin mühüm yenilik olduğunu vurğulayıb. E.Behbud dövlət orqanları və digər qurumlarla birgə müsabiqənin keçirilməsinin QHT-hökumət əməkdaşlığını, qarşılıqlı etimadı və dialoqu daha da gücləndirəcəyini, QHT-lərin peşəkarlığını artıracağını deyib.

Şura təmsilçisi bildirib ki, şəffaflığın daha da artırılması və ictimai nəzarətin gücləndirilməsi üçün birgə müsabiqələrin keçirilməsi münbit imkanlar açır.
E.Behbud digər qrant müsabiqələrindən fərqli olarqq İTV-lə birgə həyata keçirilən müsabiqədə yalnız filmlər və sosial çarxlar hazırlayacaq QHT-lərin iştirak edə biləcəyini vurğulayıb. Bu prosesin QHT-lərin ixtisaslaşaraq daha səmərəli layihələr icra etməsini hədəflədiyini deyib.

Şuranın elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli Şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminə daxil olan e-Ərizə xidmətindən istifadə qaydaları ilə bağlı əsas məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məlumatlandırma sessiyasında QHT-lərin qrant müsabiqəsi ilə bağlı sualları cavablandırılıb.
İTV-də məlumatlandırma sessiyası keçirilib
XƏBƏR LENTİ
SORĞU