30 noy 09:20Sosial

Bakıda daha iki tələbə qidadan zəhərləndi

Bakıda daha iki tələbə qidadan zəhərləndi
Bakıda iki tələbə qidadan zəhərlənib.

Səhiyyə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.

Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.

3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.
XƏBƏR LENTİ
SORĞU