25 noy 19:08Sosial

Azay Quliyev seçicilərini qəbul edib

Azay Quliyev seçicilərini qəbul edibBu gün Milli Məclisin deputatı Azay Quliyev Binəqədi rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərini qəbul edib. Deputat seçicilərin sosial, əfv, məşğulluq, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib. Seçicilərin qaldırdığı bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı isə müvafiq qərarlar qəbul olunub.

Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.
Azay Quliyev seçicilərini qəbul edib
XƏBƏR LENTİ
SORĞU