23 noy 14:39Sosial

Niyaməddin Orduxanlının namizədliyi qeydə alındı

Niyaməddin Orduxanlının namizədliyi qeydə alındıBAXCP sədrinin müavini, QHT sədri, tanınmış politoloq Niyaməddin Orduxanlının 45 saylı Abşeron seçki dairəsindən bələdiyyə üzvülüyünə nazmidəliyi qeydə allnıb.

Bununla bağlı mətbuata açıqlama verən Orduxanlı bildirib ki, artıq bu gündən rəmsmi olaraq BAXCP-nin namizədi kimi 23 dekabrda keçirilən seçkidə mübarizə aparacaq:" 45 saylı Abşeron seçki dairəsi Mehdiabad bələdiyyəsinə namizədliyimi qeydə aldı. İlk dəfə 1999-cu ildə 21 yaşımda namizədliyimi irəli sürmüşdüm və Azərbaycanın ən gənc bələdiyyə üzvü seçilmişdim. Bu günə kimi 20 il ərzində abşeronlular 4 dəfə Abşeron rayonun Mehdiabad qəsəbəsindən çox böyük etimad göstərərək qalib ediblər. Daha sonra bələdiyyə rəhbərliyinə də seçilmişəm.

Tam səmimiyyətimlə deyirəm, hər dəfə bələdiyyə seçkilərində minlərlə şəxsin səsini qazanmışam. Məlumat üçün deyim ki, Mehdiabad qəsəbəsinin təxminən 45 mindən yuxarı əhalisi, 7000 yaxın seçicisi var . Mehdiabad qəsəbəsi bütün seçkilərdə çox aktiv şəkildə iştirak edir. Bu gün də Mehdiabad qəsəbəsində namizədlərin irəli sürülməsində həddindən artıq aktivlik var. 13 yer uğrunda xeyli sayda namizədliyini irəli sürənlər var. Ümumiyyətlə Abşeron rayonunda seçkiyə qatılanların aktivliyini qeyd edərdim. Maraqlı məqamlardan biri də odur ki, bu dəfə Abşeron rayonundan namizədliyini irəli sürənlərin böyük əksəriyyəti gənclər və ali təhsillilərdir."

Niyaməddin Orduxanlı bələdiyyə seçkilərində iştirakın önəmli olduğunu bildirib:"Seçkiyə start veriləndə mən gənclərə və gənc siyasətlərə bir siyasətçi kimi müraciət etmişdim ki, bələdiyyə seçilərinə qatılsınlar. Bu , gənclərimiz üçün çox vacibir. Yaşadığı rayonun ictimai-siyasi həyatında yaxından iştirak etsinlər. Gələcək siyasi karyeralarında bələdiyyəyə seçilməsi önəmli rol oynayacaq.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bələdiyyə seçkilərindən sonra 2020-ci ildə keçirilən Parlament seçkilərinə də qatılacağını bildirib:" Siyasətçinin əsas hədəflərindən biri də seçkiyə qatılıb qalib gəlməkdir. Mənim siyasətçi olaraq əsas hədəfim Parlamentə üzvü seçilib dövlətimizin inkişafına yaxından tövhə vermək, daha çox milli maraqlarımızın qorunmasında yaxından iştirak etmək, rayonumuzun inkişafında öz bacarığımı əsirgəməməkdir. Son 15 ildə 3 dəfə Abşerondan deputatlığa namizəd olmuşam. İkinci yerə qədər yüksəlmişəm. Bələdiyyə seçkilərində iştirakım bir daha imkan verəcək ki, Abşeron rayonunda öz təblığatımı daha da genişləndirim. Deputat seçilmək üçün əsas amil etimadı qazanmaqdır. Buna görə də 10 aydan sonra keçirilən Parlament seçkilərində də iştirak edəcəm və bütün imkanlarımla çalışacam ki, bu dəfə ikinci yerə deyil, birinci olmağı bacarım."
Niyaməddin Orduxanlının namizədliyi qeydə alındı
XƏBƏR LENTİ
SORĞU