20 noy 15:01Sosial

Balakəndə əməliyyat: Narkobaron Bəxtiyar tutuldu

Balakəndə əməliyyat: Narkobaron Bəxtiyar tutulduBalakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Mahamalar kənd sakini, əvvəllər də məhkum olunmuş 57 yaşlı Bəxtiyar Kərimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 9 ədəd bükümdə 13 qramdan artıq narkotik vasitə olan heroin və 3 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan selofan torbada 50 qrama yaxın heroin, elektron tərəzi və qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU