20 noy 11:19Sosial

“Qeydə alınan namizədlərin 30 faizi qadındır” - MSK sədrinin müavini

“Qeydə alınan namizədlərin 30 faizi qadındır” - MSK sədrinin müavini“Dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyalarına 42625 iddiaçı bildiriş verib”.

Avrasiya.net-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

MSK sədr müavini deyib ki, həmin şəxslərdən 35 min 574 nəfəri namizəd kimi qeydiyyatdan keçib:

“Sevindirici haldır ki, xanım və gənc namizədlər fəallıq nümayiş etdirirlər. Qeydiyyatdan keçərək namizəd statusu almış passiv seçki hüququna malik vətəndaşlarımızın təxminən 30 faizindən çoxu xanımlardır. Qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını isə gənclərdir. Bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd qeydiyyata alınıb”.
XƏBƏR LENTİ
SORĞU