20 noy 08:55Sosial

Qubada “Məktəbli proqramçılar dərnəyi” çərçivəsndə təlimlər keçirilib

Qubada “Məktəbli proqramçılar dərnəyi” çərçivəsndə təlimlər keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda şagirdlərin proqramlaşdırma və dizaynerlik bacarıqlarının inkişafı üçün təlimlərə start verilib.

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin informatik müəllimi Rövşən Zamanov tərəfindən icra edilən “Məktəbli proqramçılar dərnəyi” layihəsinin əsas məqsədi şagirdlərin informatika fənninə marağının artırılması, istedadlı və yaradıcı təxəyyülə malik şagirdlərin üzə çıxarılması və bu istiqamətdə olimpiadalarda iştirakının stimullaşdırılmasına dəstək verməkdir.
Qubada “Məktəbli proqramçılar dərnəyi” çərçivəsndə təlimlər keçirilib
Ümumilikdə 40 nəfər şagirdi əhatə edəcək layihə çərçivəsində ALPloqo və Google Sketchup proqramları üzrə bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlər başa çatıb.
Təlimlər zamanı 5 və 6-cı sinif şagirdləri ALPloqo proqramının, 7 və 8-ci sinif şagirdləri isə Google Sketchup proqramının incəliklərinə yiyələnmış, bu proqramlarda işləmək bacarıqlarını təkmilləşdirmişlər. Seçilmiş sagirdlər təlimlərin sonunda hər iki proqram üzrə müxtəlif alqoritmlərin və dizayn eskizlərinin yaradılması üçün onlara verilən tapşırıqları praktiki olaraq icra ediblər.
Layihə çərçivəsində 40 nəfər şagirdin nümunəvi işləri sərgi-müsabiqədə nümayiş ediləcək və münsiflər heyyəti tərəfindən dəyərləndirilərək müvafiq olaraq qaliblər müəyyən ediləcəkdir.

Qaliblər tutduqları yerlərə uyğun diplom və medallarla, bütün iştirakçılar isə sertifikatlarla təltif olunacaqlar.
Layihəyə noyabr ayını23-də yekun vurlacaq.
XƏBƏR LENTİ
SORĞU