19 noy 18:08Sosial

Tərtər günbəgün inkişaf edir, yeni-yeni uğurlara imza atır

Tərtər günbəgün inkişaf edir, yeni-yeni uğurlara imza atırSon günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qayınanasının adına subsidya yazdırması ilə bağlı yazılar dərc edilir. Yazılan başlıq, xəbərdə verilən məlumatlar sırf böhtan xarakterlidir. Bəzi kütləvi informasiya vasitələri Müstəqim Məmmədov haqqında qərəzli və sifarişli yazı dərc edib.

Mediaxeberleri.az xəbər verir ki, bu cür sifarişli böhtan xarakterli yazıları sifariş edənlər Tərtər rayonunda gedən yeniliklər, hər tərəfli inkişaf, obyektiv siyasi fəaliyyət, məmur özbaşınalığının aradan qaldırılması, rüşvətin yığışdırılması və digər fəaliyyətləri görməzdən gələrək bu cür işləri gözləri götürməyəndir. Həqiqəti gizlədib böhtanları dilə gətirmək belə özü böyük vicdansızlıqdır.

Bu media və xəbər saytları haqqında ciddi araşdırma aparmaq lazımdır. Qanunla hüquqi ölçü götürülməlidir. Hətta, ən ağır halda cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasında informasiya və jurnalistika haqqında qanunda öz əksini tapır.

Bir daha bildiririk ki, Tərtərdə görülən irimiqyaslı işlər, infrastuktur layihələrinin sürətlə həyata keçirilməsi, Prezident siyasətinin yekdilliklə dəstəklənməsi, vətəndaşların ərizə və şikayətlərinə vaxtında, eyni zamanda yerindəcə baxılması hamıya yaxşı məlumdur. Bu gün murdar iftiraçının atdığı şərəfsizcəsinə, cəfəngiyyat dolu şər-böhtanları dərc etdirənlər qanun qarşısında cəlarını alacaqlar.

Tərtər günbəgün inkişaf edir, yeni-yeni uğurlara imza atır


Xatırladaq ki, M. Məmmədov bir müddət əvəl qayınanasının adına dövlətdən külli miqdarda subsidiyalar alaraq biznes qurması xəbəri ilə gündəmə gəlmişdi. Həmin xəbərdə deyilirdi ki, icra başçısı qayınanası 80 yaşlı Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alıb.

Yayılan xəbərlə bağlı Müstəqim Məmmədov da açıqlama vermişdi:

“Bu dövlət torpağıdır. Hər kəsin hüququ var ki, torpağı götürüb əksin. Doğrudur. İstəsəniz, özünüz də gəlib burda araşdırma edə bilərsiz. Belə məsələlər telefonla həll edilmir”.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU