19 noy 16:40Sosial

Arif Hacılı Kölndəki evindən danışdı: Sübut edilsə...

Arif Hacılı Kölndəki evindən danışdı: Sübut edilsə...Mənim Almaniyada evimin olması ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. O qədər imkanım yoxdur ki, ölkə xaricində özümə mənzil alım.

Bu sözləri mühacir alveri və bu məsələdə Müsavat rəhbərliyinin adının hallanması ilə bağlı Müsavat Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında partiya sədri Arif Hacılı Axar.az-ın sualına cavab olaraq bildirib.

A.Hacılı deyib ki, onun Almaniyada otelləri, mənzilləri olması barədə də xəbərlər paylaşılır:

“Kim bu iddiaları sübut etsə, həmin otelləri və mənzilləri onlara bağışlayacağam. Həmçinin, Müsavat üzvləri haqqında səslənən ittihamlar öz təsdiqini tapsa, həmin şəxslər ciddi şəkildə cəzalandırılacaq. Biz artıq bu məsələləri araşdırmaq üçün komissiya yaratmışıq”.

A.Hacılı partiya başqanlığından istefa verməsi ilə bağlı səslənən tələblər haqqında da danışıb:

“Hansısa müsavatçı cinayət törədibsə, buna görə özü məsuliyyət daşıyır. Bu əməllərdə mənim iştirakım sübuta yetirilərsə, istefa verə bilərəm. Amma hələlik ortada belə bir sübut yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkə hesabından Müsavat başqanı Arif Hacılıya məxsus olduğu bildirilən və Köln şəhərində yerləşən mənzilin fotosunu paylaşmışdı. Almaniyada məskunlaşan mühacirlər isə həmin mənzilin A.Hacılı tərəfindən “mühacir biznesindən əldə edilən gəlirlə” 180 min avroya alındığını, 830 avroya kirayə verildiyini bildirmişdilər.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU