19 noy 14:39Sosial

Ayaz Mirzəyev işdən çıxarıldı

Ayaz Mirzəyev işdən çıxarıldıTanınmış jurnalist Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb.

Avrasiya.net xəbər verir ki, o, bu barədə Fesybuk hesabında yazıb.

"Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə həvalə edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm.

Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəri başdan uğurlar diləyirəm", - deyə o qeyd edib.

Qeyd edək ki, Baş nazir Əli Əsədov A.Mirzəyevin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU