18 noy 15:31Sosial

Milli Dirçəliş günü Pirallahıda qeyd olunub

Milli Dirçəliş günü Pirallahıda qeyd olunubMilli Dirçəliş günü münasibətilə Pirallahı rayonunun təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Növbəti rayon tədbiri noyabrın 15-də V.Mustafazadə adına Mədəniyyət Mərkəzində təşkil olundu.

Keçirilən tədbirdə iştirak edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov öz çıxışında bildirdi ki, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi. Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu, qeyd edildi ki, bu hərəkatda əsas qüvvəni gənclər təşkil edirdi. Natiq diqqətə çatdırdı ki, 1990-cı il noyabrın 17-si günü Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Bu tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirildi. Çağdaş milli dövlətçilik tariximiz üçün çox əhəmiyyətli olan qərarlar qəbul edildi. Bu həmin gündür ki, qədim Azərbaycan diyarı Naxçıvan Muxtar Respublikasının adı üstündən “sovet sosialist” sözləri əbədi olaraq atıldı, Naxçıvanın ali qanunvericilik orqanı “Ali Məclis” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Həmin tarixi qərarların qəbulunda Heydər Əliyev Şəxsiyyətinin dahiliyi, uzaqgörənliyi, parlaq zəkası, aydın təfəkkürü, yenilməz məntiqi öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi. Qeyd edildi ki, tariximizə Milli Dirçəliş Günü kimi daxil olmuş 17 noyabr onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz bir gündür. Vətənini, xalqını sevən insanlar üçün 17 noyabr əsl Dirçəliş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin qalibiyyət günüdür.
Milli Dirçəliş günü Pirallahıda qeyd olunub
Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü də xalqa arxa olan dahi insan - Heydər Əliyevdir! Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin bayrağı daha da yüksək zirvələrdə dalğalanacaqdır. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Dövlətimiz gündən-günə güclənir, qüdrətlənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişaf onu deməyə əsas verir ki, respublikamızda davam edən geniş quruculuq işlərinin sayəsində, ölkə başçısının vurğuladığı kimi, bir dənə də olsun nə iqtisadi, nə sosial, nə də infrastruktur problemi qalmayacaqdır!

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Milli Dirçəliş Gününün tarixinə nəzər salıb, əlamətdar günün əhəmiyyətindən danışdı. Bildirildi ki, Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının meydanlarda öz haqq səsini, azadlıq səsini ucaltdığı 17 noyabr tarixi Milli Dirçəliş Günü kimi qeyd edilməkdədir. Ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazandığını vurğulayan natiq bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs miras qoyduğunu bildirib.
Milli Dirçəliş günü Pirallahıda qeyd olunub
Sonra rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərmanlar təqdim olundu.

Tədbir müğənni Günay İbrahimlinin konsert proqramı ilə davam etdirildi.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU