18 noy 11:02Sosial

Nazir sabiq nazirin dayısını işdən qovdu – Səbəb

Nazir sabiq nazirin dayısını işdən qovdu – SəbəbAğsu rayon Pambıq Məntəqəsinin müdiri Mirfazil Seyidəliyev vəzifəsindən azad edilib.

Axar.az-a daxil olan özəl məlumata görə, M.Seyidəliyev işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, M.Seyidəliyev Ağsu Rayon İcra Haimiyyətinin sabiq başçısı Ənvər Seyidəliyevin qardaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun dayısıdır.

M.Seyidəliyev uzun müddət Ağsu Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU