15 noy 10:47Sosial

Ombudsmanın istefa xəbəri yayıldı - Rəsmi cavab

Ombudsmanın istefa xəbəri yayıldı - Rəsmi cavabOmbudsman Elmira Süleymanovanın istefa ərizəsi yazdığı barədə məlumat yayılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Musavat.com-a daxil olan məlumatda hətta onun yerinə təyin ediləcək şəxsin artıq müəyyənləşdirildiyi də qeyd edilib. İddiaya görə, Milli Məclisin növbəti iclaslarının birində yeni ombudsman məsələsinin müzakirə ediləcəyi, Azərbaycanın ikinci ombudsmanının hazırda parlament üzvü olan vəzifəli xanım deputatlardan biri olacağı da vurğulanıb.

Məsələ ilə bağlı Ombudman Aparatının mətbuat xidmətinin əməkdaşı Sevinc Şənər Axar.az-a bildirib ki, Elmira Süleymanova istefa ərizəsi yazmayıb.

Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU