15 noy 07:22Sosial

Azərbaycanlı jurnalist ermənilərlə bir arada

Azərbaycanlı jurnalist ermənilərlə bir arada
"Yeni yaradacağım informasiya portalında sağımda dayanan Ani (erməni jurnalist red.) ilə əməkdaşlıq edəcəyik".

Avrasiya.net xəbər verir ki, bu sözləri "Kanal 13" TV-nin əməkdaşı Fərid İsmayılov şəxsi feysbuk hesabında bildirib.

O, 3 erməni jurnalistlə şəkil çəkdirərək onlar haqqında təəssüratlarını bildirib:

"Şəkildə gördüyünüz hər 3 xanım Ermənistandan olan gənc jurnalistlərdir. Onlarla Qarabağ ətrafında baş verən prosesləri müzakirə etdik. Onlar isə Qarabağ üçün sülh istəyir.
Yeni yaradacağım informasiya portalında sağımda dayanan Ani ilə əməkdaşlıq edəcəyik".

Qeyd edək ki, noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı 2019” tədbiri zamanı bir neçə erməni jurnalistin paytaxt Bakıya gələcəyi bildirilib.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU