14 noy 20:27Sosial

Qanunlardakı boşluqlar, boşluqlardakı qanunlar...

Qanunlardakı boşluqlar, boşluqlardakı qanunlar... ƏMRAH FƏQANOĞLU

Uzağa getməyəcəm, başlayım elə noyabrın 15-dən qüvvəyə minəcək pərdə qadağasından. Aprelin 1-dən avtomobillərin arxa yan şüşələrinə vurulmasına icazə verilən, sənaye üsulu ilə hazırlanmış pərdələri (jalüzləri) heç 3-4 gün keçmədən plyonkalar əvəzlədi. Tündlüyü də 50-dən 100 faizə qədər.

Yol polislərinin irad bildirmədiyini, daha doğrusu, özlərini görməzliyə vurduğunu görüncə bəzi sürücülər bu sahədə lap qabağa getdilər. Arxa yan şüşələrlə bərabər qabaq şüşələrə də qapqara plyonka çəkib, avtomobillərini şütütməyə başladılar. Halbuki mövcud qanunun şərhinə və açıqlamasına görə, avtomobillərin arxa şüşəsi və yük yerinə aid şüşə hissələri istisna olunmaqla, qalan şüşələrinə plyonka çəkilməsi qadağandır, buna görə yüksək cərimə cərimə, plyonkaları yerndə sökmək mümkün olmadıqda isə nəqliyyat vasitəsini cərimə duracağına aparmaq nəzərdə tutulur.

Amma “Yol hərəkəti haqqında” qanunda ciddi boşluqlar var” - deyə iddia edənlər plyonkadan istifadədə qanuna zidd heç nə olmadığını isabtalamağa çalışdılar, ölkəmizin qoşulduğu Avropa Konvensiyasından sitat gətirib, beynəlxalq konvensiyaların müddəalarının bizim qanunların maddələrindən üstün hüquqa malik olduğunu diqqətə çatdırdılar. Di gəl, plyonka məsələsi ilə bağlı dövlət yol polisi sona qədər heç bir tədbir görmədi, hər hansı reyd keçirmədi. Heç bir rəsmi açıqlama da olmadı, “susmaq qızıldır” prinsipi ilə yəqin ki, noyabrın 15-ni gözləməyə üstünlük verdilər.

Deputat Çingiz Qənizadə isə ona ünvanlanan suallara cavab olaraq, avtomobillərin yan şüşələrinə plyonka çəkilməsinin əslində qanuna zidd olmadığını bildirsə də, bir daha aydın oldu ki, bəli, bu məsələ ilə bağlı qanunda boşluqlar var. Yəni “olar, yoxsa olmaz?” məsələsinə konkret cavab yoxdur.
Belə çıxır ki, həm qanunlarda boşluqlar var, həm də onlara əməl edilməməsi səbəbindən qanunlar özləri boşluqda, vakkumda qalıb. Deyək ki, bu boşluqlar arxa yan şüşələrə plyonka çəkilməsinə bir növ “yaşıl işıq” olmasa da “sarı işıq” yandırmış olur. Bəs qabaq yan şüşələrə plyonka vurulmasına niyə göz yumdular?

Qanundakı boşluqlardan məharətlə yararlanan bəzi sürücülərin qabaq yan şüşələri 100-lük plyonkalarla qaraldıb, avtomobillərini üzərində “filan qədər məsafəyə qədər yaxınlaşma” xəbərdarlığı yazılmış “inkassator”a döndərmələri istər-istəməz kinayə yaradır.
Arxa yan şüşələrə pərdələrin müəyyən vaxt çərçivəsində tətbiqinə icazə verilib, sonra qadağa qoyulması isə tamamilə başqa söhbətin mövzusudur. Çünki burada da məntiq yoxdur. Ya birmənali şəkildə ilin bütün fəsillərində və günlərində tətbiq olunmalidir, ya da birdəfəlik qadağan edilməlidir. Vaxt çərçivəsini nə ilə əlaqələndirirlər əlaqələndirsinlər, heç bir arqument əsaslı və məntiqi baxımdan doğru sayıla bilməz.

Amma qabaq yan şüşələrin qaraldılıb görünmz hala salınması həm sürücünün özü, həm digər hərəkət iştirakçıları üçün çox ciddi, həyati təhlükədir. Axı qəza törədən sürücü qəzanın ağırlığından asılı olaraq, özü ilə bərabər başqalarının da salamlığına zərbə vurur, kəskin desəm, özü ölürsə (lap cəhənnəmə gedən özünə yoldaş axtarar” məsəli yadıma düşdü), başqalarının da ölümünə, neçə-neçə ailənin faciəsinə səbəb olur. Ən yüngül halda, törətdiyi qəza ilə özü ilə yanaşı, bağqalarına da maddi ziyan vurur. Demək ki, qabaq şüşələrin tündləşdirilib görünməz hala salınması artıq fərd yox, ictimaiyyət üçün çox ciddi həyati təhlükədir.

Ümidsiz düşmənlərimiz olsun, mən də bu imiddəyəm ki, qanunlardakı boşluqlar aradan qaldırılcaq, boşluğa düşən qanunlar da boşluqdan çıxarılıb cəmiyyətə öz faydasını verəcək. Qanunlar onda möhtəşəm olur ki, onlara vəzifəsindən, kimliyindən asılı olmayaraq, hamı düzgün riayət etsin. Qanununların icarsına nəzarət də məhz eyni prinsiplə həyata keçirilməlidir ki, hər kəs qanunların aliliyi prinsipinin təntənəsinə əmin olsun və bundan yararlana bilsin.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU