14 noy 19:10Sosial

Bakıda qeyri-qanuni dini kurs - Foto

Bakıda qeyri-qanuni dini kurs - Foto
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, həmin kursun 26 üzvünə, o cümlədən bu təlimlərə cəlb olunmuş azyaşlılara qadağan edilmiş dini ədəbiyyatların tədrisinin həyata keçirildiyi müəyyənləşib.

Qanunsuz dini kursların təsisçiləri Abdullayev Elton Kərəm oğlu və Qurbanov Elsevər Bəxtiyar oğlu barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Qeydə alınmış fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU