14 noy 08:06Sosial

Nazirdən uşaq pulu ilə bağlı mühüm - Açıqlama

Nazirdən uşaq pulu ilə bağlı mühüm - Açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatların “uşaq pulu” verilməsi ilə bağlı təklifinə münasibət bildirib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, nazir Milli Məclisin plenar iclasında çıxışı zamanı bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlərin ödənildiyini xatırladıb.

O qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir:

"Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Hələ tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar birillik, ikiillik proqramlar deyil. Ən azı beşillik, onillik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Nəzərə alın ki, ölkədə minimum pensiyalar 72 faiz, mimimum əmək haqqı 2 dəfə, 600 min insanın müavinət, təqaüdü 2 dəfə artıb. Bu gün, yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU