13 noy 17:37Sosial

Nazirdən pensiyalarla bağlı müjdə

Nazirdən pensiyalarla bağlı müjdəAzərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir:

“Məsələn, Qarabağ münaribəsi əlili olan şəxslərə 250 manata qədər müxtəlif təqaüdlər ödənilir, digər əlilliyi olan şəxslərə 100 manat və bu kontingent kifayət qədər genişdir. Təxminən, pensiya alan şəxslər arasında 400 min nəfər əlavə təqaüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”.
XƏBƏR LENTİ
SORĞU