12 noy 11:55Sosial

Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildiDünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hazırda 76 yaşlı müğənni kardiocərrahiyyə şöbəsində müayinədən keçirilir. Onun cərrahiyyə əməliyyatına alınıb-alınmayacağı müayinədən sonra bəlli olacaq.

Xatırladaq ki, Tamara Sinyavskaya keçmiş SSRİ-nin və Azərbaycanın Xalq artistidir. Rusiyanın "Şərəf" və IV dərəcəli "Vətənə xidmətlərinə görə" ordenləri ilə təltif olunub.
XƏBƏR LENTİ
SORĞU