11 noy 15:44Sosial

Orta məktəblərdə 5 gün dərs olmayacaq

Orta məktəblərdə 5 gün dərs olmayacaq Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətilinə sayılı günlər qalıb.

Avrasiya.net xəbər verir ki, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabr tarixlərində respublikanın ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.

Qeyd edək ki, məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.

Xatırladaq ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.
XƏBƏR LENTİ
SORĞU