11 noy 12:38Sosial

Nazirlik Xose Bernardo və qardaşının bıçaqlanması ilə bağlı məlumat yaydı

Nazirlik Xose Bernardo və qardaşının bıçaqlanması ilə bağlı məlumat yaydı
Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardo və Rafael Hüseynovun bıçaqlanması barədə məlumat yayıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, Pirallahı rayonunda baş verən bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59-da daxil olub.

"Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər", nazirlikdən bildirilib.
XƏBƏR LENTİ
SORĞU