09 noy 20:57Sosial

"Milli bayrağımızın 1990-cı ildə Heydər Əliyev tərəfindən qəbul olunması, müasir dövlətçiliyimizin təməli oldu!"

 "Milli bayrağımızın 1990-cı ildə Heydər Əliyev tərəfindən qəbul olunması, müasir dövlətçiliyimizin təməli oldu!"
Üçrəngli Milli Bayrağımız öz keşməkeşli səlnaməsi ilə tarixin şanlı səhifələrində özünəməxsus şərəfli yerləri tutmuşdur. Bayrağımızın tarixi ilk olaraq Məmməd Əmin Rəsulzadənin yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından başlayır. Məmməd Əmin Rəsulzadənin yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qırmızı, ay-ulduz isə ağ rəngdə idi. Lakin 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayrağın yaranması haqqında qərar verir. Azərbaycan Xalq Cümhüriyyətinin Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin"

Bəli məhs bu qərarla, bu günkü müstəqil Azərbaycanımızın baş tacı və dövlət atributu olan üçrəngli bayrağımız təsis edildi. Milli Bayrağın qəbul olunması, qəlblərdəki dövlətçilik və vətənpərlik toxumlarını özü ilə bərabərində gətirərək səpmiş oldu. Məmməd Əmin Rəsuladənin yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, qəlblərdəki vətən, xalq, dövlətçilik, bayraq sevgisi heç vaxt sönmədi, heç vaxt qəlbləri tərk etmədi. Xalqımız 70 il qüdrətli imperiya əsarətində yaşasa da, xarici müstəqilliyini itirmiş olsa da, daxili müstəqilliyinin qoruyub saxlamışdı. Dövlətçilik ənənələri və hələ də bayraq sevgisi və sayqısı qəlblərdə əbədiyyən kök salmışdı. 70 il sonra, hələ bu bayraq yenidən qəbul olunacaq, yenidən müstəqillik, istiqlaliyyət, dövlət və dövlətçilik eşqiylə yanıb qovrulan xalqımızın növbəti dəfə öz iradəsi ilə bir daha yüksəldiləcəkdi.

Sovet əsarətində heçkimin milli bayraq, milli dövlətçilik, milli düşüncə və milli ruhdan danışa bilmədiyi bir vaxtda, xalqımızın tarixinə növbəti dəfə öz misilsiz imzasını atan, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında 1990-cı ilin Noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında qəbul olunaraq, üçrəngli bayrağımız düz 70 il sonra məhs Heydər Əliyevin misilsiz şücaəti ilə bir daha səmalara yüksəldi. Bu hələ başlanğıc idi, milli bayrağın Heydər Əliyevin təşbbüsü ilə qəbul edilməsi, elə xalqımızın 70 il sonrakı azadlığına və istiqlaliyyətinə qovuşmasında bəlkə də çox böyük bir qığılcım, çox böyük bir dönüş nöqtəsi və həmçinin bir zəmin oldu. Heydər Əliyevin bu misli bərabəri olmayan addımı, yatmış beyinləri oyatdı, xalqımızın azadlığının öz əlində olmasını göstərən və istiqlaliyyət yoluna işıq saçan bir mayak rolunu oynadı.

Bu kimi cəsarətli və şücaətli addımlardan ruhlanan və ilhamlanan, habelə qəlbən oyanan yüzminlərlə insan ayağa qalxıb qəddar Totalitar rejimdən öz azadlığını tələb etdi. 1990-cı ilin 17 Noyabr tarixində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin atributu və yadigarı olan üçrəngli bayrağımızı yenidən qəbul edərək səmaya qaldırtması Azərbaycan dövlətinin dövlətçilik təməllərinin atılmasını, müstəqilliyimizin faktiki bərpa edilməsini əks etdirirdi. Məhs Heydər Əliyevin bu qətiyyətli və şücaətli addımı 1991-ci ilin 18 Oktyabrına gedən yolu işıqndırdı, bu yolun önündəki bütün mənəvi əngəlləri aradan qaldırdı, xalqımızın yolunu və gözlərini açmış oldu.

Milli Müstəqilliyimizin yaranması prosesi də elə 1990-cı ilin 17 Noyabr tarixində Naxçıvan Ali Məclisində Heydər Əliyevin Milli Bayrağımızı təsis etməsi ilə başlandı. 1990-cı ilin Noyabrın 17-də Milli Bayrağımızın qəbul olunması artıq müsqəilliyin, azadlığın, suverenliyin faktiki olaraq, açıq müstəvidə elan olunması idi. Məhs həmin zamanlardan sürətlə irəliləyən proses, 1991-ci ilin 18 Oktyabr tarixində ümumxalq azadlığı və dövlət müstəqilliyi ilə nəticələndi. 1991-ci ilin 18 Oktyabr Milli Müstəqillik Gününün də təməlində, istiqlaliyyətimizin əldə olunmasında ən önəmli amil məhs Heydər Əliyev tərəfindən qəbul olunan müstəqil və üçrəngli Milli Bayrağımızın havaya qalxması idi.

Bu hal, faktiki olaraq müstəqilliyimizin yaranmasının başlanğıcı, onun sarsılmaz təməli və bilavasitə müstəqilliyimizin qazanılması idi. Məmməd Əmin Rəsulzadənin yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin ən önəmli atributu və simvolu oln üçrəngli bayrağımız, 1920-ci ilin 28 Aprel tarixindən etibarən Xalq Cümhuriyyətinin devrilməsi ilə ləğv olunaraq hər yerdən endirildi və qəlblərdən, beyinlərdən, yaddaşlardan, tarixdən və bütün kitablardan və s. yerlərdən silinmə cəhdləri başladı. Bu hal, qəddar Sovet imperiyasının faktiki olaraq Manqurtlaşdırma siyasəti idi. Amma və lakin imperiya rəhbərliyi hər nə qədər çalışsa da buna nail ola bilmədi, milli birliyimiz, milli soy kökümüz, milli folklorumuz, tariximiz və dövlətçilik dəyərlərimiz və milli təfəkkürümüz yaddaşlardan, xalqımızın ruhundan silinmədi və qəlblərdə yaşadı.

1990-cı ilin 17 Noybr tarixində isə, Milli Bayrağımızın qəbul olunması ilə, bu dəyərlərin yenidən Azərbaycan tarixinə yazılması, xalqımızın təfəkkürünə və insanların beyninə yeridilməsi, dövlətçilik, vətənpərvərlik hisslərinin və dəyərlərinin yenidən dirçəldilməsi və inkişaf etdirilməsi mərhələsi başlamış oldu. Ulu Öndər Heydər Əliyevin bu misilsiz şücaəti Məmməd Əmin Rəsulzadənin 70 il fəryad edib inləyən ruhunun rahatlıq tapmasına səbəb oldu. Atılan bu möhtəşəm addım, xalqımızın istiqlaliyyət qazanmasına bir stimul, eləcədə xalqımızın öz azadlığına qovuşması naminə verilən bir impuls və zəmin oldu. Bu mötəbər günün əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyevin 17 Noyabr 2009-cu il fərmanı ilə "09 Noyabr" tarixi xalqımızın tarixində "Milli Bayraq Günü" olaraq bayram günəri sırasına daxil edilməsi, xalqımızın tarixinin daha da möhkəmləndirilməsi, yaddaşlara həkk olunması, gəncliyimizə aşılanması və Milli Bayrağımızın gələcək nəsillərə uğurla ötürülməsi, o cümlədən xalqımızın və gəncliyimizin vətənpərvərlik hisslərinin yüksəlməsi məqsədilə atılmış çox mühüm bir amil idi. 2009-cu ildən başlayaraq məhz cənab İlham Əliyevin sayəsində xalqımız hər gün "09 Noyabr" tarixini "Milli Bayram Günü" olaraq qeyd edir, tariximiz vərəqlənir və gələcək nəsillərə uğurla çatdırılır.

Allah Dövlətimizi‚ xalqımızı və vətənimizi qorusun! AMİN.
101 yaşın mabarək üçrəngli Azərbaycan bayrağı!!

M. Məmmədov
Politoloq
XƏBƏR LENTİ
Dünən, 20:43
SORĞU