09 noy 12:05Sosial

YAP-ın 3 təşkilatı Bayraq Gününü birlikdə qeyd edib - VİDEO

YAP-ın 3 təşkilatı Bayraq Gününü birlikdə qeyd edib - VİDEOYAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib.

9 Noyabr - Dövlət Bayraq Gününə həsr edilən tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və hər 3 təşkilatın partiya fəalları iştirak ediblər.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev qonaqları salamlayaraq, siyasi həmfikirlərinin qədim Gəncə şəhərində, Şeyx Nizaminin yurdunda görməkdən məmnun olduğunu bildirib. Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirildiyini vurğulayan Naqif Həmzəyev paytaxtda və regionda fəaliyyət göstərən partiya fəallarının əlamətdar bir günü Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtında birlikdə qeyd etmələrinin alqışalayiq hal olduğunu qeyd edib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək, Azərbaycan xalqının qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə vətəndaşlarının qeyrət və dəyanət simvoluna çevrilən üçrəngli bayrağımıza müqəddəs atribut kimi yanaşılmışı və bu günün qeyd edilməsinin hər bir azərbaycanlı üçün şərəfli olduğunu vurğulayıb.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, Milli Bayraq Gününün bayram kimi qeyd edilməsi Prezident İlham Əliyevin və ölkə vətəndaşlarının öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə, müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür.

Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev çıxış edərək, milli bayrağın xalqımızın milli mövcudluğunun rəmzi olduğunu bildirib, Azərbaycan vətəndaşının, xüsusən gənc nəsilin bayrağa olan məhəbbətindən danışıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün müasir Azərbaycanın müstəqillik rəmzinə çevrilib - deyə millət vəkili Pərvin Kərimzadə bildirib: “O bayraq ki, onun uğrunda qan tökülüb, can verilib, mübarizə aparılıb. O bayraq ki, onun kölgəsi düşən hər bir qarış torpağı özümüzə Vətən bilmişik. Bu gün ölkəmizin bütün bölgələrində dalğalanan bayraqlar sanki sıralanaraq durna qatarı kimi Qarabağa, Şuşaya, işğal edilən digər torpaqlara sarı qanadlanır. Əminik ki, Prezident İlham Əliyevin qüdrətli siyasəti sayəsində tezliklə torpaqlarımız işğaldan azad ediləcək, üçrəngli bayrağımız Dağlıq Qarabağda dalğalanacaq”.

“YAP-ın Binəqədi, Pirallahı və Gəncə təşkilatlarının gənc fəallarından ibarət inşaat briqadaları yaradılsın və işğaldan azad edilmiş torpaqlarda yeni evlərin tikilməsində, ağacların əkilməsində siyasi həmfikirlərimizin də payı olsun”. Millət vəkili Naqif Həmzəyevin səsləndirdiyi bu təklif tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzini, Nizami Gəncəvi Məqbərəsini, Xan bağını, Cümhuriyyət Muzeyini,Qala qapıları: Arxeologiya və Etnoqrafiya muzeyini ziyarət edib, ADAU-nun müasir standartlara cavab verən tələbə yataqxanası ilə yaxından tanış olublar.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU