07 noy 10:46Sosial

Prezident xalq şairinə hədiyyə verdi

Prezident xalq şairinə hədiyyə verdiPrezident İlham Əliyev xalq şairi Musa Yaquba ev verib.

Bu barədə Kult.az-a Musa Yaqub özü məlumat verib. O bildirib ki, mənzil 5-6 gün bundan əvvəl təqdim olunub:

“Ev üç otaqlıdır, “Qara Qarayev” metrosu yaxınlığında yerləşir. Hələ mənzil hazır deyil, təmir olunmalıdır”.

M.Yaqub onu da əlavə edib ki, Milli Məclisin üzvü olduğu vaxt ona mənzil verilməmişdi.

Qeyd edək ki, 10 may 1937-ci il təvəllüdlü M.Yaqub hazırda parkinson xəstəliyindən əziyyət çəkir.
XƏBƏR LENTİ
SORĞU