23 okt 10:36Sosial

Azərbaycanda Rusiya vətəndaşı itkin düşüb

Azərbaycanda Rusiya vətəndaşı itkin düşübAzərbaycanda Rusiya vətəndaşı olan qadın itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 21-də paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində baş verib.

Belə ki, Rusiya vətəndaşı, 1980-ci il təvəllüdlü Natalya Dubrovskaya həyat yoldaşı ilə birgə yaşadığı Sabunçu qəsəbəsinin E.Mehdiyev küçəsindəki nömrəsiz fərdi evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU