22 okt 14:29Sosial

Bakı polisinin “zorakılığı”: saxtakarlığa baxın... - Fotofakt

Bakı polisinin “zorakılığı”: saxtakarlığa baxın... - FotofaktOktyabrın 19-da Bakıda müxalifətin icazəsiz mitinq cəhdinin qarşısını almağa çalışan polislərin aksiyaçılara qarşı “xüsusi zorakılıq” etməsini sübut etmək üçün müxtəlif vasitələrdən istifadə edilir.

Axar.az xəbər verir ki, belə görüntülərdən biri də Səbuhi Hümbətov adlı Feysbuk istifadəçisi tərəfindən paylaşılıb. Həmin şəxs polis zorakılığını əks etdirən görüntü paylaşıb və bunun Bakıdakı qanunsuz aksiyada baş verdiyini iddia edib.

Lakin tanınmış jurnalist Azər Həsrət Səbuhi Hümbətovun yaydığı fotonun Azərbaycanda deyil, Belçikanın paytaxtı Brüsseldə bu ilin may ayında “Sarı jiletlilər”in aksiyaları zamanı çəkildiyini bildirib.

Maraqlıdır ki, Brüsseldə baş verən aksiyalar zamanı polis zorakılığı ilə bağlı çoxlu sayda görüntülər paylaşılmışdı. Amma nədənsə müxalifət “demokratiyanın beşiyi”ndə baş verən zorakılğı görməzdən gəldi.

Bu insanların əməllərinin bir müddət əvvəl PKK-nın ermənilərin Xocalı faciəsi vaxtı törətdikləri vəhşiliklərin fotolarını Türkiyənin “Sülh çeşməsi” əməliyyatına aid etmələri arasında heç bir fərq yoxdur. Onlar da həmin fotoları sosial şəbəkələrdə paylaşaraq, guya Türkiyə əsgərinin Suriyada uşaqlara qarşı vəhşilıiklər törətdiyini iddia edirdilər.
Bakı polisinin “zorakılığı”: saxtakarlığa baxın... - Fotofakt
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU