22 okt 14:26Sosial

Deputatdan Əli Kərimlinin havadarlarına ismarış

Deputatdan Əli Kərimlinin havadarlarına ismarışDestruktiv qrupların Bakının mərkəzdə aksiya keçirməsi xarici dairələrdən qaynaqlanır.

Bu sözləri Milli Məclisin iclasında komitə sədri Eldar İbrahimov deyib.

O əlavə edib ki, icazəsiz aksiyanın Prezident İlham Əliyevin Soçidə “Valday” konfransında və MDB dövlət başçılarının Aşqabadda keçirilən iclasında səsləndirdiyi qətiyyətli mövqedən, habelə ölkəmizin iqtisadi nəticələrinə dair keçirdiyi müşavirədən sonra keçirilməsi təsadüfi deyil.

Komitə sədri qeyd edib ki, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, bunun üçün müvafiq meydanların ayrılmasına baxmayaraq, həmin qüvvələr icazəsiz aksiyalara gediblər. Məqsədləri ölkədə qarşıdurma yaratmaq, sabitliyi pozmaq olub. Polis güc tətbiq etmədən və xüsusi vasitələrdən istifadə etmədən vəzifəsini qanunauyğun şəkildə yerinə yetirib. Əli Kərimli və onun kimiləri bilməlidir ki, xalq onları yaxşı tanıyır. Ölkədə xalq-hakimiyyət birliyi var. Onların havadarları bunu bilməlidir”.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU